Almaniyada polis avtomobilləri yandırılıb.
Ölkə.Az xarici mediaya istinadla xəbər verir ki, hadisə Münxendə hüquq-mühafizə orqanının kinoloji xidmətinin nəqliyyat parkında baş verib.
Nəticədə 23 nəqliyyat vasitəsi yanıb.
Hadisənin fevralın ortalarında keçiriləcək Münxen Təhlükəsizlik Konfransı ilə əlaqəli olub-olmaması da ehtimal kimi dəyərləndirilir. Yanğının təxribat olması istisna edilmir.
Qeyd edək ki, son illərdə Münxendə və ətrafında bu qəbildən hadisələr törədilib. Yanğınların solçu ekstremistlər tərəfindən törədildiyi bildirilir.