RU

ABŞ-nin yeni administrasiyası tarixə düşəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Trampın hazırkı administrasiyası tarixin ən zəngin hökuməti ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə RBC yazır.
Ağ Evin rəhbəri özünü milyarderlərlə əhatə edib, onlardan yeni komandada artıq 14 nəfər var. Bu insanların sərvəti 450 milyard dollardan çox qiymətləndirilir.
ABŞ Senatının təsdiqindən sonra milyarderlər Trampın yeni komandasına rəsmən qoşulacaqlar.
Analitiklərin fikrincə, onların sərvəti 160-dan çox ölkənin ümumi daxili məhsulundan çoxdur.
ABŞ prezidentinin özünün sərvəti hazırda 5.9 milyard dollardır. Trampın tərəfdarları arasında 434 milyard dollar sərvəti ilə İlon Mask xüsusi seçilir.
Избранный
11
50
oxu.az

10Источники