ABŞ sakini Tovana Luni 61 gündür ki, donuz böyrəyi ilə yaşayır.
Teleqraf.com xəbər verir ki, qadın özünü yaxşı hiss edir.
"Associated Press"-in verdiyi xəbərə görə, bu sözügedən cərrahi əməliyyatdan sonra qeydə alınan ən uzunömürlülük hadisəsidir. Qadının bir ay sonra xəstəxanadan çıxıb normal həyata qayıdacağı gözlənilir.
Luninin əməliyyatının uğurlu keçməsi alimləri ümidləndirib. Onlar gələcəkdə insana heyvan orqanlarının köçürülməsi istiqamətində əməliyyatların daha geniş yayılacağına inanırlar.
Müəllif: Teleqraf.com