RU

"Azərreyl"in prezidenti: Hədəfimiz qar voleybolu üzrə də Avropa çempionu olmaqdır

"Azərreyl" qar voleybolu üzrə də Avropa çempionu olmağa çalışacaq.

Bunu “Report”a açıqlamasında "Azərreyl" klubunun prezidenti Ramin Əzizov deyib.

"Azərreyl"in həm kişilərdən, həm də qadınlardan ibarət hər iki komandası Azərbaycanda keçirilən qar voleybolu üzrə yarışda ilk dəfə çempion oldular. Yarışın təşkilatçılığı da əla idi. Oyunçuların həm əhval-ruhiyyəsi, həm də əzmkarlığı yüksəkdir. Onlar əllərindən gələni etdilər və özlərinin yüksək səviyyəli oyunçu olduqlarını sübuta yetirdilər", - o deyib.

"Azərreyl"in həm qadınlardan, həm də kişilərdən ibarət komandaları sonuncu dəfə çimərlik voleybolu üzrə Avropa çempionu olub.

"Azərreyl" qar voleybolu üzrə də Avropa çempionu olmağa çalışacaq. Azərbaycanda keçirilən yeni idman növləri üzrə yarışlarda məqsəd beynəlxalq arenalarda yüksək nailiyyətlər qazanmaqdır.

Избранный
24
7
report.az

10Источники