Xaçmazda bıçaqlanma hadisəsi olub.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, rayonun Xaspolad-oba kəndində 2003-cü il təvəllüdlü Ramin Ədilov bıçaq xəsarəti alıb.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
R.Ədilovun dediyinə görə, ona bıçaq xəsarəti yetirməkdə dostu Seyidbaba adlı şəxs şübhəli bilinir.
Faktla bağlı araşdırmalara başlanılıb.