RU

Latviyanı İsveçlə brləşdirən sualtı kabel zədələnib

Latviya və İsveç arasında sualtı fiber-optik kabel zədələnib. Bu barədə LSM portalı Latviya Dövlət Radio və Televiziya Mərkəzinə istinadən xəbər verir.

"Bazar günü səhər tezdən Baltik dənizində Latviya Dövlət Radio və Televiziya Mərkəzinin sualtı fiber-optik kabeli zədələnib", - məlumatda deyilir.

Qeyd olunur ki, şirkətin monitorinq sistemləri Latviyanın Ventspils və İsveçin Qotland şəhərləri arasında məlumat ötürülməsində fasilələri qeydə alıb.

" Baş verənlər kabelin əhəmiyyətli dərəcədə zədələndiyini və zərərin xarici təsirlər nəticəsində baş verdiyini güman etməyə əsas var", - Dövlət müəssisəsinin rabitə şöbəsinin rəhbəri Vineta Sprugaine bəyan edib.

Onun sözlərinə görə, kabelin dərinliyi 50 metri keçdiyi üçün zədənin növü yalnız təmir işlərinə başlandıqdan sonra müəyyən ediləcək. Latviya Dövlət Radio və Televiziya Mərkəzinin təşəbbüsü ilə cinayət işi açılıb.

Ölkənin baş naziri Evika Silina insidentlə bağlı məsul xidmətlər və nazirlikləri toplantıya çağırıb. Mətbuat konfransında o, Latviyanın mümkün böhranlara və alternativ məlumat ötürülməsinə hazır olduğunu bildirib. Hökumət başçısı İsveç və Baltikyanı ölkələrdən olan həmkarları ilə də əlaqə saxlayıb və Stokholm yardım göstərəcəyini vəd edib.

Bu, son aylarda Baltik dənizində sualtı infrastrukturun zədələnməsi ilə bağlı ilk hadisə deyil. Belə ki, noyabr ayında Finlandiya ilə Almaniya arasında C-Lion1 telekommunikasiya kabeli, həmçinin İsveç və Litva arasında rabitə kabeli qırılıb. O zaman yerli hakimiyyət Çinin quru yük gəmisi Yi Peng 3-ün hadisəyə görə məsuliyyət daşıdığından şübhələnirdi.

Bundan əlavə, dekabrın sonunda dörd rabitə kabeli ilə birlikdə Finlandiya və Estoniya arasında EstLink 2 elektrik ötürücü xətti də kəsilib. Onlardan üçü Finlandiya və Estoniya arasında çəkilib, digəri isə Finlandiyanı Almaniya ilə birləşdirir.

Polis Kuk adaları bayrağı altında üzən Eagle S tankerinin Finlandiya körfəzində EstLink 2 elektrik kabelini və zədələnmiş rabitə kabellərini kəsmək üçün öz lövbərindən istifadə etdiyindən şübhələnir. Yerli gömrük rəsmiləri iddia edirlər ki, gəmi Rusiyanın enerji resurslarının daşınmasında iştirak edir.

Əziz Mustafa, Oxuməni.az

Избранный
35
21
oxumeni.az

10Источники