RU

Qiyamçılar daha bir şəhəri ƏLƏ KEÇİRDİ

Konqo Demokratik Respublikasının şərqində yerləşən Qoma şəhəri qiyamçılar tərəfindən ələ keçirilib.

Modern.az-ın məlumatına görə, bu barədə "Reuters" məlumat yayıb.

"23 Mart Hərəkatı" (M23) adlı qiyamçı qruplaşma şəhərin ələ keçirilməsi barədə bəyanat yayıb.

"Biz Qomanı götürdük və əsgərlərə yerli vaxtla səhər saat 3:00-a qədər təslim olmalarını əmr etdik", - bəyanatda deyilir

Hərəkatın üzvləri Konqo ordusunun silahlarını yerə qoymağa çağırıldığı 48 saatlıq müddətin bitməsinə dəqiqələr qalmış şəhərin tutulduğunu elan ediblər.

Reuters yazır ki, Qomanın üsyançıların tam nəzarəti altında olub-olmadığı hələlik məlum deyil. Səhər saatlarından şəhərin hər yerindən atışma səsləri eşidilib. Hazırda Qomada elektrik yoxdur.

Yanvarın 25-də Qoma şəhərinin kənarında üsyançı qüvvələrlə Konqo ordusu arasında şiddətli toqquşmalar olub. Cənubi Afrika və Uruqvaydan olan bir neçə sülhməramlı həlak olub. Ötən həftə üsyançılar Qomanın əsas təchizat yollarından birinin üzərində yerləşən əsas şəhər olan Minovaya nəzarəti ələ keçiriblər.

Избранный
12
30
modern.az

10Источники