Ukraynalı jurnalist Diana Pançenko ABŞ prezidenti Donald Tramp administrasiyasının digər ölkələrə yardımı müvəqqəti dayandırmaq barədə qərarının Ukraynadakı münaqişənin tezliklə sona çatmasından xəbər verə biləcəyini bildirib. “Münaqişənin sonunun başlanğıcı?” – o, öz nəşrində yazıb.
Bundan əvvəl dövlət katibi Marko Rubio 90 gün ərzində demək olar ki, bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini dərhal dayandırmağı əmr edib. Bu, Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən Ukraynada həyata keçirilən layihələrə də aiddir.
Dondurulmuş layihələr arasında məktəblərə, səhiyyə təşkilatlarına və uşaqların peyvənd edilməsinə dəstək də var. Lakin İsrail və Misirə yardım bu məhdudiyyətlərə tabe deyil.
//Samir Qurbanov, Editor.az