ABŞ prezidenti Donald Tramp ABŞ-da olan kolumbiyalı mühacirləri daşıyan təyyarələrin ölkəyə enməsinə icazə vermədiyi üçün Kolumbiyaya qarşı rüsumlar və sanksiyaların tətbiqi barədə göstəriş verib.Tramp "Truth Social" hesabından mövzu ilə bağlı paylaşım edib.Tramp ABŞ-dan "çox sayda qaçaq cinayətkarı daşıyan" iki repatriasiya uçuşunun Kolumbiyaya enməsinə icazə verilmədiyini öyrəndiyini söyləyib və "Bu əmri xalqı arasında artıq sevilməyən Kolumbiyanın sosialist prezidenti Qustavo Petro verib" ifadəsini işlədib.Tramp bildirib ki, Petronun təyyarələrin ölkəyə enməsinə icazə verməməsi ABŞ-ın milli və ictimai təhlükəsizliyini təhlükə altına alıb və dərhal və qəti cavab tədbirləri görməyə göstəriş verib.Kolumbiyadan ABŞ-a daxil olan bütün mallara dərhal 25 faizlik rüsum tətbiq etmək istədiyini deyən Tramp bir həftə ərzində bu dərəcəsin 50 faizə qaldırılacağını vurğulayıb.Kolumbiya hökumət rəsmiləri və onların bütün müttəfiqləri və tərəfdarları üçün səyahət qadağaları və vizaların ləğvi barədə göstəriş verdiyini deyən Tramp, bütün partiya üzvlərinə, onların ailələrinə və Kolumbiya hökumətinin tərəfdarlarına qarşı viza sanksiyalarının tətbiq ediləcəyini bildirib.Tramp milli təhlükəsizlik baxımından bütün Kolumbiya vətəndaşları və yüklər üçün gömrük və sərhəd mühafizə yoxlamalarının artırılacağına, xəzinə, bank və maliyyə sanksiyalarının da tətbiq ediləcəyinə diqqət çəkib.Bu tədbirlərin yalnız başlanğıc olduğunu vurğulayan Tramp “Kolumbiya hökumətinin zorla ABŞ-a göndərdiyi cinayətkarları qəbul edib ekstradisiya etmək üçün qanuni öhdəliklərini pozmasına icazə verməyəcəyik” deyib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта