İran çempionatının 17-ci turunda keçirilən "Persepolis" - "Traktor" matçında xoşagəlməz hadisələr yaşanıb.
QOL.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Görüş zamanı tribunalarda azarkeşlər arasında dava olub. Münaqişə nəticəsində 32 nəfər yaralanıb. Onlardan 3-ü qadındır.
Daşla yaralandığı iddia edilən 3 kişi azarkeş isə xəstəxanaya aparılıb.
Qeyd edək ki, "Persepolis" - "Traktor" oyununda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar. "Persepolis"in baş məşqçisi türk mütəxəssis İsmail Kartaldır.