Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Keçmişdə olduğu kimi bu gün də Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiyadan asılıdır. Bu, nə region, nə də Rusiyanın özü üçün yaxşı heç nə vəd etmir. Rusiya hələ də Ermənistanın bu kirli siyasətinin fərqində deyil və ya bilərək göz yumur. Lakin bu Rusiya üçün də xeyirli deyil. Çünki bilirik ki, Ermənistan pərdə arxasında Qərb ölkələri ilə Rusiyaya qarşı müəyyən addımlar atılmasında maraqlıdır. Digər tərəfdən Ermənistanın bölgədəki fəaliyyəti həmçinin Rusiya üçün də təhlükədir. Ona görə də konkret addımlar atmaq lazımdır. Lavrov dünən fərqli, bu gün fərqli danışır. Bu, həm bölgənin, həm də Rusiyanın diplomatik imicinə müsbət heç nə gətirmir".
Zeynəb Rzayeva