RU

Bu, Rusiya üçün yaxşı heç nə vəd etmir– ÖZƏL

"Təəssüflər olsun ki, Ermənistanın avantürist siyasəyinə həm Qərb, həm də Rusiya tərəfindən göz yumulur. Bilirik ki, Ermənistan faktiki olaraq bölgədə pozucu fəaliyyət göstərir. Bir tərəfdən Qərblə ikili oynayır, digər tərəfdən Rusiyayla ticari əlaqələrini davam etdirir. Paşinyan həm ABŞ-ni bölgəyə çəkməyə çalışır, həm də Ermənistanda rus ordusunun varlığı hökm sürür".



Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Keçmişdə olduğu kimi bu gün də Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiyadan asılıdır. Bu, nə region, nə də Rusiyanın özü üçün yaxşı heç nə vəd etmir. Rusiya hələ də Ermənistanın bu kirli siyasətinin fərqində deyil və ya bilərək göz yumur. Lakin bu Rusiya üçün də xeyirli deyil. Çünki bilirik ki, Ermənistan pərdə arxasında Qərb ölkələri ilə Rusiyaya qarşı müəyyən addımlar atılmasında maraqlıdır. Digər tərəfdən Ermənistanın bölgədəki fəaliyyəti həmçinin Rusiya üçün də təhlükədir. Ona görə də konkret addımlar atmaq lazımdır. Lavrov dünən fərqli, bu gün fərqli danışır. Bu, həm bölgənin, həm də Rusiyanın diplomatik imicinə müsbət heç nə gətirmir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
26
48
olaylar.az

10Источники