Narkotikə görə həbs edilən aktyor azadlığa buraxıldı
Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti tərəfindən narkotik ittihamı ilə həbs edilən gənc aktyor Həsənağa Məmmədov azadlığa buraxılıb. Yeniavaz.com Gununsesi.info-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi aktyor barəsində həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. Həsənağa Məmmədov açıqlamasında istintaq prosesində olduğu üçün detallı danışmaqdan imtina edib: “Məhkəmə araşdırdı və mənim barəmdəki həbs-qətimkan tədbirini dəyişdi”.