Bakı. Trend:
Fransa parlamentinin deputatı Natali Luazo Avropa İttifaqının(Aİ) qoşunlarını Qrenlandiyaya göndərmək təşəbbüsünü dəstəklədiyinibildirib.
Trend xəbər verirki, deputat Luazo bu addımın Amerika prezidenti Donald TrampaQrenlandiyanın təhlükəsizliyini təmin etməyə hazır olduğunugöstərmək imkanı verəcəyini vurğulayıb.
"Avropa İttifaqının müdafiə komitəsinə sədrlik edən generalRobert Briqerin Trampa Qrenlandiyanın təhlükəsizliyinə sadiqolduğumuzu göstərmək üçün Aİ qoşunlarının Qrenlandiyayagöndərilməli olduğunu söylədiyini eşitməkdən məmnun oldum. Mən bunudəstəkləyirəm", - Luazo qeyd edib.
Avropa Parlamentinin deputatı həmçinin qeyd edib ki, QrenlandiyaAvropa İttifaqı ilə əlaqələri gücləndirməyə çalışır. Onun sözlərinəgörə, gələn həftə Avropa Parlamentinin nümayəndə heyəti adaya səfəredəcək.