RU

"Xalq Bank" işçilər axtarır - VAKANSİYALAR

Xalq Bank

Ödəniş Kartları İdarəsinin Kart texnologiyalarına dəstək şöbəsinin mütəxəssisi

Son tarix 27 fev 2025 - Müraciət et

Təsvir

  • CMS (Card Management System) proqram təminatı üzrə sistem inzibatçılığı funksiyasının yerinə yetirilməsi (təlim keçirilməsi təmin olunacaq);
  • CMS proqram təminatı üzrə Vendorlar tərəfindən təqdim edilən istifadəçi funksiyalarının və kitabxana fayllarının sistemə yüklənməsi, dəyişdirilməsi;
  • Plastik kartlarla bağlı müxtəlif sistemlər arasında olan əməliyyatlar üzrə funksionallıqların, servislərin, APİ sorğuların hazırlanması və tətbiqi; 
  • Kart məhsullarının yaradılması, sazlanılması, tarif və limitlərin tətbiqi;
  • Plastik kartlar üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlanması və ya həmin hesabatların hazırlanmasının təmin edilməsi;
  • Plastik Kart sistemləri üçün həyata keçirilən inkşaf layihələrində aktiv olaraq iştrak edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • İngilis və rus dillərini bilənlərə üstünlük verilir;
  • Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq; 
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Yüksək qavrama və analitik düşünmə bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Web servis, arxitektura növləri (Rest/Soap) barədə biliklərə, APİ Servislərin sorğulanması bacarığına, sorğulama formatları (JSON / XML) barədə anlayışlara malik olmalıdır;
  • Oracle SQL, JAVA Core üzrə praktik vərdişlərə sahib olanlara üstünlük verilir.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 1-2 il
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Magistr

 

Risklərin İdarə edilməsi İdarəsinin ƏL/TMM risklərinin idarə edilməsi və maliyyə monitorinqi şöbəsinin stajçı mütəxəssisi / kiçik mütəxəssisi

 Son tarix 27 fev 2025 Müraciət et

Təsvir

  • Köçürmələr icra edilərkən vəsaiti alan və vəsaiti göndərən tərəfləri Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısı, habelə Maliyyə Monitorinqi Xidməti tərəfindən qəbul edilmiş əməkdaşlıq etməyən ölkələrin siyahısı üzrə Bankın struktur bölmələri tərəfindən yoxlanılmasını təmin etmək, bu işə daim nəzarət etmək;
  • Tələb olunan hesabatlılığın hazırlanması;
  • Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin (bundan sonra ƏL/TMM) qarşısının alınması məqsədilə Bankda aparılmış əməliyyatların monitorinqini həyata keçirmək;

Tələblər

  • Analoji sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi olmalıdır. Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər;
  • Tam ali iqtisadi təhsil;
  • Xarici dil – ingilis dili yaxşı səviyyədə;
  • İşdə dəqiqlik və detallara fikirvermə bacarığı olmalı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti olmalı;
  • Komandada işləməyi bacarmalı;
  • Məsuliyyətli, düzgün və etibarlı olmalı;
  • Ünsiyyətcil və təşəbbüskar olmalı;
  • MS Ofis proqramları, xüsusilə MS Ofis Excel və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
  • Analitik təhliletmə və analitik hesabat tərtib etmə bacarığı olmalı;
  • Əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını və digər aktları bilməlidir.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 1-2 il
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Magistr
Избранный
20
19
fed.az

10Источники