RU

Danimarka Arktikada hərbi mövcudluğunu gücləndirəcək

Danimarka Arktikada öz hərbi mövcudluğunu gücləndirmək üçün 2 milyard dollardan çox vəsait xərcləməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Danimarka hökuməti və parlamentin partiyaları Arktikada hərbi infrastrukturun inkişafı ilə bağlı razılığa gəliblər. Bu məqsədlər üçün 14,6 milyard Danimarka kronu (2,11 milyard dollar) ayrılacaq.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen qeyd edib ki, Arktika və Şimali Atlantikada təhlükəsizlik və müdafiə sahəsində ciddi çağırışlar mövcuddur. Buna görə də krallıq regionda öz mövcudluğunu gücləndirməlidir.

Kopenhagen Arktikaya üç yeni hərbi gəmi və təkmilləşdirilmiş müşahidə sistemləri ilə təchiz edilmiş uzaq məsafəli iki pilotsuz uçuş aparatı göndərməyi planlaşdırır.

Избранный
31
35
bakivaxti.az

10Источники