RU

Narkobaron sosial şəbəkələrdə arvadının paylaşdığı şəkillərindən sonra ələ keçdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Narkotiklərə Qarşı Mübarizə İdarəsi (DEA) tərəfindən axtarışda olan Luis Manuel Pikado Qrixalb həyat yoldaşının sosial mediada paylaşdığı şəkillərdən sonra həbs edilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə kp.ru xəbər yayıb.
Bildirilir ki, narkobaron son bir neçə ay axtarışda olub. O, Kosta-Rikada Limon şəhərindən ABŞ-yə kokain çatdırmaqda şübhəli bilinirdi. Bu səbəbdən o, Parisdə gizlənməli olmuşdu.
Narkobaron həyat yoldaşı Estefaniya Makdonald Rodrigeslə nadir hallarda səyahət edib, lakin bu dəfə görüşməyə qərar verib və həyat yoldaşı ilə uşaqları üçün Avropaya təyyarə biletləri alıb.
Qeyd edək ki, şəkil çəkdirməyi sevən sabiq model hazırda silinmiş "Instagram" hesabında Avropa səyahətləri zamanı bir neçə post paylaşıb.
Ümumiyyətlə, Rodriqes tez-tez xaricə səyahət edib və sosial şəbəkələrində səyahətləri haqqında paylaşımlar edib. Xüsusilə, çimərliklərdəki tətili və Romada məşhur Trevi fəvvarəsinin qarşısında oturduğu anları ilə öyünüb. Bunu bilən xüsusi xidmət orqanları qadının hesabını izləməyə almışdılar.
Qadın həyat yoldaşı ilə görüşəndən sonra sevincdən sosial şəbəkələrdə bir neçə şəkil paylaşıb. Şəkillərdən birində cütlük Eyfel qülləsinin qarşısında dayanıb. Bununla da xüsusi xidmət orqanları narkobaronun yerini müəyyən edərək onu həbs ediblər.
Избранный
34
50
oxu.az

10Источники