ABŞ prezidenti Donald Tramp Macarıstana Aİ-nin Rusiyaya qarşı sanksiyalarının uzadılmasına təsir göstərmiş ola bilər. Buna görə də Budapeşt məhdudiyyətlərin davam etdirilməsinə səs verib.
Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
Nəşrin xatırladığı kimi, Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında iştirak edib və burada Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən iqtisadi məhdudiyyətlərin uzadılması barədə qərar qəbul edilib. Sanksiyalar məsələsində əsas maneə Macarıstanın mövqeyi idi.
Sikorskinin sözlərinə görə, Trampın açıq şəkildə Vladimir Putini təcavüzkar adlandıran və Moskva sülh danışıqları aparmağa qərar vermədiyi təqdirdə Rusiyaya qarşı sanksiyalarla hədələyən bəyanatına görə Macarıstan sanksiyaların davam etdirilməsi ilə bağlı vetosunu ləğv etmək qərarına gəlib. Budapeşti mövqeyini dəyişməyə sövq edən də budur.
"Düşünürəm ki, prezident Tramp burada kömək edib" dedi nazir.
Sikorski Rusiyaya qarşı fevralın 24-dək təsdiqlənə biləcək 16-cı sanksiyalar paketinin qəbulunun Polşanın Avropa İttifaqına sədrliyinin “vəzifələri siyahısında” olduğunu da açıqlayıb.
Oxuməni.az