RU

Tramp “Dəmir günbəz” müdafiə sisteminin qurulmasına dair sərəncam imzalayıb

Vaşinqton, 28 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp “Dəmir günbəz” raket əleyhinə milli müdafiə sisteminin qurulmasına dair sərəncam imzalayıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Ağ evdən məlumat verilib.

Qeyd edək ki, daha əvvəl səhər saatlarında Mayamidə çıxışı zamanı Tramp təcili olaraq amerikalıları qoruya biləcək ən müasir “Dəmir günbəz” raket əleyhinə müdafiə sisteminin tikintisinə başlanılacağını açıqlamışdı.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
22
16
azertag.az

5Источники