ABŞ prezidenti Donald Tramp, təfərrüatları açıqlamadan, "Microsoft"un TikTok-un ABŞ qolunu almaq üçün danışıqlar apardığını bildirib.
Marja.az xəbər verir ki, jurnalistlərin “Microsoft”un tətbiqi almaq üçün danışıqlar aparıb-aparmadığı barədə suallarına Tramp, “Bəli aparır. TikTok-a böyük maraq var”, - cavabını verib.
Trump daha əvvəl TikTokun alınması üçün müxtəlif tərəflərlə danışıqlar apardığını və tətbiqin gələcəyi ilə bağlı yaxın 30 gün ərzində qərar veriləcəyini gözlədiyini söyləmişdi.
170 milyondan çox amerikalının istifadə etdiyi TikTok-a ABŞ-da da böyük maraq var. Süni intellekt startapı "Perplexity" "TikTok US" ilə birləşmək üçün təklif irəli sürüb. "Los Angeles Dodgers"ın keçmiş sahibi milyarder Frank McCourt isə bu ayın əvvəlində TikTok-u almaq üçün rəsmi təklif irəli sürüb.
"Microsoft", şirkətin sövdələşmədə iştirak etməsi ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.