RU

Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirəcək

Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirmək niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin müdafiə naziri Troels Lund Poulsen mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, ölkəsi Arktika regionunun müdafiəsinə 14,6 milyard kron (təqribən 2 milyard avro) investisiya yatıracaq.

Poulsen qeyd edib ki, həmin məbləğə üç yeni arktik hərbi gəmi və iki pilotsuz uçuş aparatı almaq olar. 

Bununla yanaşı, ölkə peyk və yerüstü müşahidəni də genişləndirir. Qrenlandiyalılara isə adanın suverenliyini qorumaq üçün böhran vəziyyətinə qarşı təlimlər təklif ediləcək. 

Alınacaq ilk gəmilər 5 və yaxud 6 ildən sonra hazır ola bilərlər və hazırda istifadə edilən köhnə gəmiləri əvəz edəcəklər. 

Qeyd edək ki, Qrenlandiya Danimarka krallığına daxil olan muxtar ərazidir. ABŞ Prezidenti Donald Tramp son zamanlar Qrenlandiyanı Danimarkadan almaq barədə açıqlamaları ilə gündəmə gəlib. Lakin bu, onun sözgedən məsələ ilə bağlı ilk açıqlaması deyil. Belə ki, Tramp hələ 2017-2021-ci illərdə ilk prezidentliyi dövründə bu planları barədə danışıb. Bu zaman, bu, Vaşinqtonla Kopenhagen arasında diplomatik münasibətlərin soyumasına səbəb olmuşdu.

 

Избранный
15
35
qafqazinfo.az

10Источники