RU

Azərbaycan əleyhinə çıxışlar edən Xameneinin nüməyəndəsi vəzifəsindən uzaqlaşdırılıb

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevə qarşı utanmazcasına aşağılayıcı ifadələr işlədən İran rəhbərinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini vəzifəsindən kənarlaşdırılıb.

Missiya.Az xəbər verir ki, bu barədə “Azad İran” “Teleqram” kanalı məlumat yayıb.

Bildirilib ki, ancaq İranın hökumət saytları bunu "öz istəyi ilə istefa verib" kimi qələmə veriblər. 

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bakıdakı müvəqqəti işlər vəkilinə Qəzvinin cümə imamı da daxil olmaqla, bir sıra hökumət mollalarının anti-Azərbaycan fəaliyyətlərinin qəbuledilməz olduğunu diqqətə çatdırıb. 

Daşqın HəsənovMissiya.Az

Избранный
20
5
missiya.az

9Источники