Vaşinqtonda ABŞ Konqresinin binası yaxınlığında yanında molotov kokteyli olan butulka və bıçaq olduğunu iddia edən şəxs saxlanılıb. Bu barədə NBC Kapitol polisinə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi Kapitolinin cənub girişindəki rampanın yaxınlığında “qanunsuz fəaliyyətə” görə saxlayıblar. Həmin şəxsin həqiqətən də yanında “Molotov kokteyli” və bıçaq olub-olmadığı hələlik məlum deyil.
Yanvarın 9-da bildirildi ki, Vaşinqtonda polis Kapitoliyə bıçaqlı silah gətirməyə cəhd edən şəxsi saxlayıb. ABŞ Konqresinin Ziyarətçi Mərkəzinə (CVC) daxil olmaq niyyətində olan hücumçu əlində pala və üç bıçaq olub.
Yanvarın 2-də ABŞ Konqresinin binası yaxınlığında şübhəli avtomobil aşkar edilib. Bildirilib ki, avtomobilin sürücüsü əvvəlcə piyada yolu ilə hərəkət edib, daha sonra isə qazona çıxıb. Həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Bundan əvvəl ABŞ Konqres üzvlərinə qarşı təhdidlərin sayının artdığını bildirib.
Oxuməni.az