RU

Bakıda tonlarla su itkiyə gedir - VİDEO

Azərbaycanın su ehtiyatlarının 70 faizi ölkə xaricində formalaşır. Azərbaycan adambaşına düşən su ehtiyatlarına görə ölkəmiz 90-cı yerdədir. Mütəxəssislərin bildirdiyinə görə, su ehtiyyalkarı azaldığından Azərbaycanda ciddi su qıtlığı ilə qarşılaşa bilər. 2023-cü ildə Azərbaycanda içməli suyun 39 %-i, suvarma suyunun isə 50 %-dən çoxu itkiyə gedib. Bəs bunun qarşısının alınması üçün müvafiq qurumlar hansı addımlar atır?

Ucnoqta.az xəbər verir ki, sosial şəbəkələrdə magistral su kəmərlərindən su itkisi ilə bağlı görüntülər paylaşılır. Belə görüntülərdən biri də Motodrom yaşayış massivində Şəfa küçəsində baş verən su itkisi ilə bağlıdır. Belə ki, görüntülərdə günlərlə tonlarla içməli suyun küçəyə axdığı yayılıb. Amma. bunun qarşısını alınması üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti heç bir tədbir görmür

Xatırladaq ki, Prezident İlham Əliyevin 17 noyabr 2023-cü ildə imzaladığı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərmana əsasən, ləğv olunmuş "Azərsu" ASC-nin bazasında  İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaradılıb. Bu qurum əhalinin içməli su ilə təchizatına baxır. Həmçinin su itkilərinin qarşısını alınmasına cavbdehdir. 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti su itkisinin qarşısını almaq üçün abonentlərə belə bir müraciət də ünvanlamışdı. Əgər aşağıdakıları nəzərə alsaq, onda qeyd edilən ünvanda küçəyə axıdılan su nə qədər olacaq və bu su itkisinə kim cavabdehdir?

- Damlalarla su axıntısı sutkada 24 litr,  ayda 720 litr su itkisi deməkdir.

- Duş almağı 1-2 dəqiqə qısaltmaqla ay ərzində su sərfini 550 litr azaltmaq olar.

- Dişləri fırçalayarkən kranı bağlamaqla ayda 45 litr su qənaət olunur.

- Təraş olunarkən kranı açıq saxladıqda ayda 40 litr su itkiyə gedir.

- Meyvə və tərəvəzlərin su şırnağı əvəzinə su ilə dolu qablarda yumaq daha səmərəlidir

- Paltaryuyan maşın işləyərkən 100-180 litr su istifadə olunur. Bu əl ilə yumaqla müqayisədə dəfələrlə azdır.

- Donmuş ərzağın su şırnağı altında donunun açılması böyük miqdarda su itkisi yaradır

- Zərurət olmadıqda yuyunarkən vannadan deyil, duşdan istifadə etmək lazımdır.

- 5 dəqiqə duş qəbuluna 50 litr, vannanın doldurulmasına 200 litr su tələb olunur.

Su itkisinə şərait yaratmayın. Su itkisi halları, su xətlərində qəza hadisəsi ilə rastlaşdıqda, zəhmət olmasa, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə xəbər vermənizi xahiş edirik.

Hər damla suyun qədrini bilək, gələcəyimizi xilas edək!

Избранный
13
50
ucnoqta.az

10Источники