"Bavariya" heyətinə yeni futbolçu qatıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Münhen təmsilçisi "Köln"dən 21 yaşlı qapıçı Yonas Urbiqi transfer edib. Qolkiperlə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb. "Transfermarkt"ın yaydığı məlumata görə, keçidin məbləği 7 milyon avrodur.
Qeyd edək ki, Urbiq cari mövsüm bütün turnirlərdə 11 matça çıxıb, 2-də qapısını toxunulmaz saxlayıb.