RU

"Böyük Dəbilqə"nin rəqəmləri: 54 ölkə, 318 iştirakçı

Azərbaycan komandasının iştirakı ilə fevralın 1-2-də Parisdə keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turniri ilə bağlı bəzi rəqəmlər açıqlanıb.

İdman.biz xəbər verir ki, yarışda 54 ölkədən idmançılar mübarizə aparacaq.

Ümumilikdə 318 cüdoçunun çıxış edəcəyi gözlənilir: kişilər kateqoriyasında 176, qadınlar arasında 142 idmançı yarışacaq.

Ən kütləvi 37 cüdoçunun mübarizə aparacağı 73 kq-a qədər çəki dərəcəsi olacaq.

Azərbaycan komandası turnirə 11 idmançı aparacaq: Əhməd Yusifov, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşid Elkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kq).

İdman.biz

Избранный
5
5
idman.biz

10Источники