RU

"Sinifdən liderliyə: tədrisdə innovativ yanaşmalar" mövzusunda təlim 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin müəllimləri üçün təlimlərə start verilib.  

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, "Sinifdən liderliyə: tədrisdə innovativ yanaşmalar" mövzusunda ilk təlim paytaxtdakı 44 nömrəli tam orta məktəbdə keçirilib. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova tərəfindən keçirilən təlimdə müəllimlər  iştirak ediblər.

Təlimin əsas məqsədi ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşəkar inkişafına dəstək vermək, şagirdlərdə liderlik bacarıqlarını inkişaf etdirmək üçün təhsilverənləri müasir metodlarla tanış etməkdən ibarətdir.

Təlim zamanı şagirdlərdə təşəbbüskarlıq və problem həll etmək bacarıqlarını inkişaf etdirməyin, komandada işləmək və qərar qəbul etmək vərdişlərini gücləndirməyin, yaradıcı düşüncə və liderlik mədəniyyətini formalaşdırmağın yolları haqqında geniş məlumat verilib.

Təlimdə müəllimlər innovativ tədris metodları ilə tanış olmaq imkanı qazanıblar.

Sonda müəllimlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, tədris ili ərzində təlimlərin davam etdirilməsi nəzərdə tutulur.

Избранный
13
49
azedu.az

10Источники