AZ

Hər il beynəlxalq təhsil günü ETN ölkə təhsilinin durumu barədə ictimai hesabat versin - TƏKLİF 

Neft dövrü bitir, biz postneft erasına hazırıqmı? Yeni eranı- iqtisadiyyatın qeyri neft sektorunu qura bilirikmi? Təbii ki, bu yeni erada təhsil sistemi həlledici rol oynayacaq. Bizim təhsil sistemi bu çağırışlara cavab verə biləcəkmi? ETN ölkə rəhbərliyinin “Neft kapitalını insan kapitalına çevirmək” siyasətini reallaşdıra bildimi? Hansı potensialla? Bu barədə hökumətə hesabt verdimi?
Bu gün beynəlxalq təhsil günüdür. Düşünürəm ki, hər ildə bir dəfə- beynəlxalq təhsil günü ETN ölkə təhsilinin durumu barədə xalqa, parlamentə və hökumətə hesabat verməlidir. Bu ənənə halını almalıdır. Bu halda təhsilin inkişafı mümkün ola bilər?
25 ildir ölkədə təhsil islahatları gedir. Təhsil islahatlarının vəziyyəti, ümumən ölkə təhsilinin durumu, ETN-nin fəaliyyəti bu onilliklər ərzində heç hökumət tərəfindən kompleks monitorinq edilibmi? Təhsildəki acınacaqlı durum göstərir ki, 25 il ərzində xərclənən milyardlarla pul “Neft kapitalını insan kapitalına çevirmək” siyasətini reallaşdıra bilmədi. Niyə belə oldu? Kimdir günahkar?
Düşünürəm ki, hər ilin bu günü ölkənin təhsil sistemi üçün “ümummilli sertifikasiya günü” elan edilsin.
Parlament, hökumət və ictimaiyyət bu sahədəki problemləri tam şəffaf şəkidə görməli, bilməli, hiss etməli, millətin gələcəyinin hansı peşəkarlar tərəfindən və necə qurulduğu xalqa məlum olmalıdır. İctmaiyyət, müstəqil ekspertlər ümummili əhəmiyyətli monitorinqlər və hesabat barədə öz fikirlərini bildirməli, ölkə rəhbərinin tələb etdiyi kimi davamlı müzakirələr olmalıdır.
RF-da "İctimai palata" adlı qurum var. Bu qurum tez tez ölkə təhsilindəki vəziyyətə dair dinləmələr keçirdir, ictimai nəzarət, vətəndaş cəmiyyəti institutlarının inkişafı və dövlət orqanları ilə cəmiyyət arasında dialoqu təmin edir. Onun əsas məqsədi dövlət siyasətinə ictimai maraqların daxil edilməsini təmin etməkdir.
İctimai Palata təhsil sahəsində mövcud problemləri müzakirəyə çıxarır, təkliflər hazırlayır və hökumətlə əməkdaşlıq edərək bu təkliflərin həyata keçirilməsinə töhfə verir. O, təhsil sisteminin şəffaflığını və keyfiyyətini artırmaq üçün ictimai nəzarəti təmin edir və mütəxəssislərin, valideynlərin, tələbələrin rəyini nəzərə alaraq təhsil siyasətinə təsir göstərir. Konkret olaraq "İctimai palata" təhsil sahəsində də bu fəaliyyətləri göstərir:
İctimai Palatanın funksiyaları:
1. İctimai nəzarət və ekspertiza (təhsil qanunvericiliyinin və dövlət proqramlarının həyata keçirilməsini izləyir, təhsil sahəsində islahatlarla bağlı qanun layihələrinə ictimai rəy hazırlayır).
2. Dialoq platforması (təhsil məsələləri ilə bağlı müzakirələr, forumlar, dəyirmi masalar təşkil edir, təhsil sistemində çalışan mütəxəssisləri, müəllimləri, valideynləri və digər maraqlı tərəfləri bir araya gətirir.
3. Problemlərin həlli və təşəbbüslər (təhsil sahəsində mövcud problemləri araşdırır və onların həlli ilə bağlı təkliflər irəli sürür, məktəb və ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılması üçün layihələr hazırlayır.
4. Vətəndaş hüquqlarının qorunması (təhsil hüquqlarının pozulması ilə bağlı şikayətləri qəbul edir və həll yolları axtarır, əlillər və sosial müdafiəyə ehtiyacı olan digər qruplar üçün təhsilin əlçatanlığını təmin etməyə çalışır).
5. Təhsilin inkişafı üçün tövsiyələr (təhsil sisteminin modernləşdirilməsi ilə bağlı dövlət orqanlarına tövsiyələr verir, məktəblərdə və ali təhsil müəssisələrində rəqəmsallaşma və yeni texnologiyaların tətbiqi ilə bağlı layihələr dəstəkləyir).
6. Maarifləndirici fəaliyyət (təhsil sahəsində ictimaiyyətin məlumatlılığını artırmaq üçün konfranslar, seminarlar və kampaniyalar təşkil edir, vətənpərvərlik tərbiyəsi, mədəni dəyərlərin qorunması və innovativ təlim metodlarının inkişafı ilə bağlı layihələr həyata keçirir).
Hesab edirik ki, bizim ölkəmizdə də belə geniş və səmərəli fəaliyyət göstərə bilən İctimai Palatanın yaranmasına ehtiyac var. Onun təkibinə ziyalılar, alimlər, incəsənət və ictimai xadimlər, ekspertlər daxil edilməlidir. Bu həm də təhsilə müstəqil nəzarət forması ola bilər.
6 il əvvəl ETN nəznində yaradılan "İctimai Şura" ictimaiyyətin gözləntilərini dorultmadı, bu müddət ərzində təhsilin vəziyyəti barədə heç bir koppleks monitorinqlər aparmadı, təhsildəki real vəziyyət haqqında xalqa heç bir məlumat vermədi. Bu qurumun da tərkibi, ETN tərkibi kimi, əsasən təhsilə aidiyyatı olmayan, amma Etn yaxın olan şəxslərdən formalaşdı.
Ölkə əhalisinin 50%+ hissəsi bu və ya digər formada təhsil sistemi ilə əlaqəlidir. Bu sistemin mükəmməl işləməsində hamı maraqlıdır. Amma reallıq tam başqa mənzərə göstərir.
Bizim təhsil sistemimiz bu gün tam qapalı bir quruma çevrilib. Əvvəllər hamının üzünə açıq olan məktəb qapıları indi qapalı bir obyekt olub. Təbii ki, sinif otaqlarının boş olması, uşaqların çoxusununn məktəbdə yox, repetitor yanında olması faktini ictimaiyyətdən gizlətmək üçün edilib, bu qapalı rejim. Amma 25 il davam edən bu durum ölkədə hamıya məlumdur, aşkar işin gizlədilməsinə nə ehtiyac?
Təhsilə ayrılan 5 milyard büdcə də qeyri şəffaf və səmərəsiz xərclənir. Artan təhsil büdcəsinin real nəticəsi heç cür hiss edilmir. Bu sahədəki islahatlar artıq 25 ildir davam edir, hər hansı inkişaf oldumu? Yox, əksinə işlək təhsil sistemi söküldü və əvəzində səmərəsiz, yarımçıq mexanizm yaradıldı. Təhsilə dair bütün reytinqlərdə çox aşağı yerlərdəyik. Hətta qonşu ölkələrdən də geriddəyik.
Postneft erasının, biliklərə əsaslanan iqtisadiyyatın, innovativ iqtisadiyyatın qurulmasına elm-təhsil sistemi nə təklif edə bilər, bu yeni eraya təhsilimiz hazırdırmı? ETN ölkə iqtisadiyyatına hansı tövhələr verə bilər?

Təklif edirəm ki, bizim ölkədə də İctimai Palata yaradılsın, hər il beynəlxalq təhsil günü ETN ölkə təhsilinin durumu barədə ictimai hesabat versin.

Dos.  İlham Əhmədov 

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
10
50
Demokratikmusavat.com

10Mənbələr