Birləşmiş Millətlər Təşkilatı yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib. Bu gün təhsilin inklüziv keyfiyyətinə diqqət artırmağı və dayanıqlı inkişaf üçün vacib tədbirlər görməyi təşviq edir.
QHT.az xəbər verir ki, YUNESKO-nun baş direktoru Odre Azule qeyd edib ki, keyfiyyətli təhsil olmadan yoxsulluğu azaltmaq və davamlı inkişafı təmin etmək mümkün deyil. Hazırda dünyada 262 milyon uşaq məktəbdən kənarda, 617 milyon uşaq isə əsas oxuma və hesablama bacarıqlarından məhrumdur.