RU

Şabranda evdə oynayan beşyaşlı uşaq qəfil ölüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şabran rayonunun Zeyvə kəndində beşyaşlı Elmar Bayramov qəfildən vəfat edib.
Oxu.Az hadisənin təfərrüatını öyrənib.
Hadisə ilə bağlı Oxu.Az-a açıqlamasında Elmarın məktəbəhazırlıq hazırlıq qrupunda təhsil aldığı Zeyvə kənd tam orta məktəbinin direktoru Amid Quliyev bildirib ki, uşaq bazar günü evdə oynayarkən qəfildən halı pisləşib.
"Hadisə günorta vaxtı olub. Uşaq evdə telefonla oynayırmış. Valideynləri çatdırıblar Şabran Rayon Mərkəzi Xəstəxanasına. Orada bildirilib ki, uşağın ölüm səbəbi ani ürəktutması olub. Kürəyinin arasında da göyərmə olub. Valideynlərinin sözlərinə görə, indiyədək Elmarın hər hansı xəstəliyi olmayıb. Onun böyük qardaşı bizdə 8-ci sinifdə oxuyur, ortancıl qardaşının isə 8-9 yaşı olar, iflicdir deyə təhsilə cəlb olunmayıb", - deyə məktəbin direktoru bildirib.
Uşağın əmisi Elçin Bayramov da Oxu.Az-a açıqlamasında uşağın ürək çatışmazlığından vəfat etdiyini bildirib.
"Elmarın heç bir xəstəliyi olmayıb. Ortancıl qardaşı xəstədir, anadangəlmə iflicdir, böyük qardaşının da heç bir xəstəliyi yoxdur. Həmin gün də evdə olublar. Qardaşı bir də baxıb ki, uşağın halı dəyişib. Çağırıb hamını, aparıblar xəstəxanaya, orada ürək çatışmazlığından dünyasını dəyişib", - deyə əmisi bildirib.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə sorğu verilib.
Əzizə İsmayılova
Избранный
27
38
oxu.az

10Источники