RU

Elektrikli yorğan FACİƏYƏ SƏBƏB OLDU

Leninqrad vilayətinin Priozersk rayonunda elektrikli yorğanın alışması nəticəsində körpə yanıb.

News24.az xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb.

Ayağından yanıq xəsarəti alan körpə uşaq xəstəxanasına aparılıb. Valideynlərin sözlərinə görə, uşaq beşiyində yatarkən üzərindəki elektrikli yorğan yanıb. İlkin tibbi yardım göstərildikdən sonra balaca xəstə ambulator müalicəyə buraxılıb.

Məlum olub ki, ailə bazarlardan birindən adyal alıb və uşağı yatızdıran zaman yanıb. Ata yanğını görüb, uşaq çıxarılıb və ailə yanğınla təkbaşına mübarizə aparıb. 

Valideynlər satıcıdan təzminat tələb etməyi planlaşdırırlar.


Məryəm İlhamqızı


Избранный
4
23
news24.az

10Источники