Rusiyanın Dolinsk şəhərində bir kişi bıçaqla uşaq bağçalarının birinə daxil olub.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yanvarın 23-də baş verib.
Çoxuşaqlı ata sərxoş olub uşaqların ona verilməsini tələb edib. İmtina edildikdən sonra 18 il həbsdə olduğunu qışqırmağa başlayıb və özünü bıçaqla kəsməklə hədələyib.
O, uşaq bağçasının mühafizəçisini bıçaqla hədələdiyi zaman, mühafizəçi panik düyməsini basıb. Lakin polis gələnə qədər kişi qaça bilib. Onu evinin yaxınlığındakı həyətlərdən birində tapıblar və kişi pencəyinin qolunda bıçağı gizlədərək müqavimət göstərib.
Məlum olub ki, 36 yaşlı çoxuşaqlı ata 8 dəfə məhkum olunub. İndi o, silahdan istifadə etməklə xuliqanlıq və polisə tabe olmamaqda ittiham olunur.
Cinayət işi çərçivəsində təhsil müəssisəsində mühafizəçilərin də əməyi qiymətləndiriləcək. Üç uşaq müvəqqəti olaraq ailədən çıxarılaraq xəstəxanaya göndərilib.