Ötən gün Novosibirskdə Maliqina küçəsində sahibsiz it sürüsü qadına hücum edib.
News24.az xəbər verir ki, o, başının və bədəninin kəsilmiş-deşilmiş xəsarətlərindən hadisə yerində ölüb.
İstintaq Komitəsinin regional şöbəsi Novosibirsk vilayətinin Verx-Tulinski kənd sovetinin administrasiyasının vəzifəli şəxslərinə qarşı “Səhlənkarlıq” maddəsi ilə cinayət işi açıb.
“Araşdırma zamanı sahibsiz itlərin tutulmasının təşkilinə cavabdeh olan bələdiyyə məmurlarını müəyyən etmək lazımdır”, - deyə regional İstintaq Komitəsi bildirib.
Məryəm İlhamqızı