Almaniya kansleri Olaf Şolz Berlində Danimarkanın baş naziri Mette Frederiksen ilə birgə mətbuat konfransında çıxış edərək bildirib ki, Avropa müdafiə xərclərini artırmalı və NATO-nun Avropa sütununu gücləndirməlidir.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirir.
“Biz razıyıq ki, NATO-nun Avropa sütununu gücləndirməliyik və müdafiə xərclərini daha da artırmalıyıq”, – deyə o vurğulayıb.
Şolz əlavə edib ki, Avropa İttifaqının fevralın 3-də keçiriləcək sammitində liderlər daha güclü Avropa müdafiə sənayesinin yaradılmasını müzakirə etməlidirlər.
“Bizə Aİ-də hərbi texnikanın birgə inkişafı və alınmasını asanlaşdıracaq qaydalar lazımdır”, – Almaniya kansleri qeyd edib.