RU

Trampın sərəncamı Selena Qomesi ağlatdı: "Mənim xalqım hücuma məruz qalır"

Müğənni Selena Qomes ABŞ prezidenti Donald Trampın yeni deportasiya sərəncamı ilə bağlı "Instagram"da video paylaşıb.

Turkustan.az xəbər verir ki, bu barədə "Entertainment Weekly" (EW) məlumat yayıb.

"Çox üzğünəm. Bütün xalqım və uşaqlar hücuma məruz qalır. Onlar heç nə başa düşmürlər. Üzr istəyirəm, bir şey etmək istəyirdim, amma necə edəcəyimi bilmirəm", deyə məşhur müğənni bildirib.

Videoda Qomes ağlayaraq göz yaşlarını silir. Müğənninin videosu Meksika bayrağı emojisi ilə də müşahidə edilib.

EW-nin məlumatına görə, daha sonra müğənni bu videonu sosial mediadan silib, lakin o vaxta qədər video artıq şəbəkədə yayılıb.

Məşhur müğənni bu emosional videonu Trampın "Meksikada qalın" proqramını bərpa etməsi və onun administrasiyasının qanunsuz miqrantları məhkəmə prosesi olmadan deportasiya etməyə icazə verməsindən sonra paylaşıb. Bundan əvvəl media Trampın yeni sərəncamı ilə ABŞ-də 730 mindən çox məktəbli uşağın deportasiya edilə biləcəyi barədə məlumat yayıb.

Müğənni Selena Qomes ABŞ-də anadan olub, lakin tez-tez Meksika mənşəyindən danışır. 2019-cu ildə o, "Netflix"in "Sənədsiz həyat" sənədli filminin icraçı prodüseri kimi çıxış edib. Film ABŞ-da qanunsuz immiqrant ailələrinin talelərindən bəhs edir. /Qaynarinfo/

Избранный
19
4
turkustan.az

10Источники