Azərbaycanın hansı ölkədəki səfirinin katibini döydüyü məlum olub.
Sfera.az lent.az-a istinadən xəbər verir ki, hadisə Azərbaycanın Yunanıstandakı səfirliyində baş verib.
Belə ki, səfir Arif Məmmədov və yaxın dostu, ikinci katib Qafqaz Aslansoy birlikdə birinci katibi döyüblər.
Qeyd edək ki, səfir Arif Məmmədov bu təyinata qədər Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində çalışıb.
Daha sonra isə Azərbaycan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri olub.