Lənkəranda sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada 23 nəfər xəsarət alıb...
APA-nın cənub bürosunun xəbərinə görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Qəzada xəsarət alanların adları açıqlanıb:
Kərimova Akifə Aşur qızı (1965)
Ramazanzadə Xəqani Fizuli oğlu (1991)
Manafova Jalə Xankişi qızı (1989)
Cəfərova Günay Natiq qızı (1982)
Əliyeva Gülnar Şəmşir qızı (1985)
Qəmbərov Yusif İbrahim oğlu (1968)
Hüseynov Cəvahir Rövşən oğlu (2008)
Bayramova Ulduz Sədaqət qızı (1989)
Xudaverdiyev Səttar Ramin oğlu (2003)
Axundzadə Könül Xaliq qızı (2002)
Əlizadə Əlifağa Xudu oğlu (1995)
Allahverdiyeva Rüqǝyya Ramil qızı (2016)
Ağazadə Yusif Vüqar oğlu (2013)
Hüseynova Sevda Qurban qızı (1992)
Zəkiyeva Ülkər Maksud qızı (1994)
Məmmədova Aygün Şamil qızı (1963)
Xudaveridiyeva Nuridə (1979)
Əkbərov Çingiz Əşrəf oğlu (1984)
Əkbərzadə Maksum Şahid oğlu (2002)
Əliyeva Nuranə Rafiq qızı (1981)
Əhmədova Nazilə Cəfər qızı (1955)
Babayeva Arzu Azad qızı (1985)
Rüstəmov Hümmət Fizuli oğlu (1975)
***
Lənkəranda sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada 21 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bu barədə APA-nın cənub bürosuna TƏBİB-dən bildirilib.
Məlumata görə, Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yanvarın 28-də saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.
***
Lənkəran-Boradigah-Masallı yolunda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
“Report”un yerli bürosunun məlumatına görə, sözügedən yolun Lənkəran şəhərindəki yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında baş verən qəzada xəsarət alanların olduğu bildirilib.
İlkin informasiyaya əsasən, sərnişin avtobusunun minik maşınının üzərinə aşması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 13 nəfər Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Poliqon.info