RU

Aİ Rusiyanın neft və metan daşıyan 79 tankerinə qarşı sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişəyə görə Rusiyaya qarşı 15 sanksiya paketi çərçivəsində əsasən neft və metan daşıyan 79 tankerə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunun Avropa Komissiyasının (AK) nümayəndəsi Markus Lammert Brüsseldə keçirilən mətbuat konfransında açıqlayıb.

"Hazırda 79 tanker sanksiyalar altındadır. Onların arasında Bolqarıstan tankerləri yoxdur. Bunlar əsasən neft və metan daşıyan tankerlərdir", - o bildirib.

Избранный
13
6
report.az

10Источники