Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsi Fondunun prezidenti və Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsinin icraçı direktoru Vilyam Pauçer ilə görüşüb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində tərəflər arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri və gələcəkdə Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsinin final mərhələsinin Azərbaycanda keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.