Los-Ancelesdə “Google Maps”-də görünən "YARDIM" işarələrinin arxasında duran həqiqətin insan alveri ilə əlaqəli ola biləcəyi iddia edilib.
Publika.az xəbər verir ki, “Google Earth” istifadəçiləri “Union Pacific” dəmiryolu yaxınlığında yerləşən ərazidə tullantı obyekti sahəsində müxtəlif materiallarla yazılmış “HELP” (yardım) sözünü görüblər.
Sosial mediada yayılan görüntülər qorxuya səbəb olub. Bu, kiminsə həmin ərazidə insan alveri əməliyyatı barədə ictimaiyyəti və ya hüquq-mühafizə orqanlarını xəbərdar etməyə çalışdığı iddialarını ortaya çıxarıb.