RU

Nazir: Qrenlandiya ABŞ investisiyalarında maraqlıdır

Qrenlandiya öz iqtisadiyyatına, o cümlədən faydalı qazıntıların hasilatı və energetika sahəsinə ABŞ-nin investisiyalarında maraqlıdır.

“Report” xəbər verir ki, bunu muxtar ərazinin biznes, ticarət, ədliyyə və gender bərabərliyi naziri Naaya Natanielsen “The American Conservative” jurnalına müsahibəsində deyib.

"Balıqçılıq, faydalı qazıntıların hasilatı kimi sahələrdə texnologiyaların təsiri artır və onlara investisiyalar bizim üçün maraq kəsb edir. Bundan əlavə, inkişaf edən enerji sektorumuz ABŞ texnoloji investisiyaları üçün əla fürsət ola bilər", - o bildirib.

Siyasətçi əlavə edib ki, hazırda ada hakimiyyəti birbaşa xarici investisiyalar haqqında qanun layihəsi üzərində işləyir.

Onun sözlərinə görə, Qrenlandiyanın dağ-mədən sənayesi adanın minerallarla zənginliyi fonunda ABŞ investorları üçün "geniş imkanlar" təqdim edə bilər. Bu fonda nazir ABŞ ilə bu sahədə yeni əməkdaşlıq sazişinin bağlanmasına ümid etdiyini bildirib.

Qeyd edək ki, Tramp yanvarın 7-də bəyan edib ki, Qrenlandiya milli təhlükəsizliyini təmin etmək, eləcə də Çin və Rusiyanın təhdidlərindən qorunmaq üçün ABŞ-nin tərkibinə daxil olmalıdır.

Избранный
19
5
report.az

6Источники