2024-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 5 milyard 795,3 milyon manat təşkil etməklə investisiya portfeli üzrə gəlirlilik 6% olmuşdur.
Marja.az xəbər verir ki, bu, ARDNF-in yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, 2024-cü il dekabr ayının 31-nə ARDNF-nin aktivləri 2024-cü ilin əvvəlinə (56 milyard 69,7 milyon ABŞ dolları) nisbətən 7,1% və ya 3 milyard 961,7 milyon ABŞ dolları artaraq 60 milyard 31,4 milyon ABŞ dolları (təxminən 102 milyard 53 milyon manat) təşkil etmişdir.
2024-cü ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 18 milyard 39 milyon manat, büdcə xərcləri isə 12 milyard 896,4 milyon manat təşkil etmişdir.
2024-cü ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 milyard 243,7 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 11 milyard 461,4 milyon manat, bonus ödənişləri 778,2 milyon manat, tranzit gəlirləri 0,5 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat təşkil etmişdir.