PSJ-nin müdafiəçisi Milan Skrinyar “Fənərbaxça” ilə müqavilə imzalamağa yaxındır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər razılığa yaxındırlar.
29 yaşlı slovakiyalı futbolçunun mövsümün sonuna qədər icarəyə götürülməsi gözlənilir.
Futbolçunun Paris klubu ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. Skrinyar bu mövsüm 5 matçda meydana çıxıb.