RU

Hamiləliyini öyrəndikdən 4 saat sonra ana oldu

Çinin şərqində bir qadın hamilə olduğunu öyrəndikdən cəmi 4 saat sonra körpəsini dünyaya gətirib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Çinin Çjetszyan əyalətinin Hançjou şəhərində qeydə alınıb.
Belə ki,  36 yaşlı Qonq adlı qadın hipertoniya problemindən müalicə üçün Zhejiang Əyalət Xalq Xəstəxanasına üz tutub. Xəstəni yoxlayan həkimlər onun  8 aydan çox müddətdir hamilə olduğunu söyləyiblər.
Qong və əri əvvəllər in vitro gübrələmə (IVF) ilə bağlı həkimlərlə məsləhətləşib, lakin prosedura davam etməzdən əvvəl qadına arıqlamaq tövsiyə edilib.
Məlum olub ki, Qonq 2024-cü ilin dekabrında qollarında uyuşma hiss etməyə başlayıb. Klinikada fiziki müayinədən sonra onun qan təzyiqinin yüksək olduğu bildirilib və daha böyük bir xəstəxanaya getmək tövsiyə olunub.
Qadın müayinə zamanı menustral pozğunluq yaşadığını deyib. Ultrasəs müayinə zamanı isə onun 34 həftəlik hamilə olduğu bəlli olub.

Həmçinin, mama-ginekoloqlar Qonqun vəziyyətinin kritik olduğunu bildiriblər. O, dərhal qeysəriyyə əməliyyatına götürülüb və 2 kq ağırlığında oğlan uşağı dünyaya gəlib.

36 yaşlı qadın hamilə olduğunu öyrəndikdən cəmi 4 saat sonra ana olub.

Xəstəxananın mama-ginekoloqu Yanq Liwei deyib ki, bəzi çəkili qadınların çəkisi əhəmiyyətli dərəcədə artmasa, hamiləliyin səbəb olduğu bədən dəyişikliyini hiss etmirlər.

Belə olan halda hamilə olduqlarını bilməyən qadınlar prenatal müayinədən keçmədikləri üçün bu, həm ananın, həm də körpənin sağlamlığını təhlükə altına salır.

Billurə
 

Избранный
18
13
olke.az

10Источники