RU

Bakıda yanğın zamanı 36 nəfər Təxliyə edilib

Yasamal rayonunun Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Day.Az-a FHN-in mətbuat xidmətindən bildirilib ki, həyata keçirilən operativ tədbirlər sayəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında baş vermiş yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı 3 nəfər xilas edilib, 12-si uşaq olmaqla 36 nəfər bina sakini təxliyə edilib.

Hadisə nəticəsində binanın 10-cu mərtəbəsindən 15-ci mərtəbəsinə kimi şaxta boyunca elektrik kabelləri yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Избранный
76
16
day.az

10Источники