Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Bir tərəfdən Paşinyan KTMT iştirakını dondurub Amerikayla bərabər hərbi təlimlər həyata keçirir. Digər tərəfdən də bu qurumdan tam şəkildə çıxmır. Bir tərəfdən Aİ-yə inteqrasiya planını irəli sürür, digər tərəfdən, Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyindən də çıxmır. Bütün bunlar iki tərəfi də sonda narazı salacaq məqamlardır. Paşinyanın gözlədiyi məqam yeni geosiyasi konfiqurasiyanın yaranmasıdır ki, əgər Rusiya-Ukrayns müharibəsi bitərsə, bu yarana bilər. Paşinyan Rusiyanın Ukraynadan zəifləyərək çıxmasını gözləyir ki, bundan sonra qərbyönümlü daha qəti addımlar ata bilsin".
Zeynəb Rzayeva
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31