AZ

Bunlar Ermənistanı iki "od" arasında saxlayır- ÖZƏL

"Paşinyan Qərb və Rusiyayla özünəməxsus oyunlar oynadığını düşünür. Amma reallıq ondan ibarətdir ki, həm Rusiya, həm də Qərb Paşinyanın nə etdiyinin fərqindədir. Bu isə Paşinyanın Ermənistanını iki "od" arasında saxlayır, ki, Ermənistan bundan bir xeyir görməyəcək".

 

Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Bir tərəfdən Paşinyan KTMT iştirakını dondurub Amerikayla bərabər hərbi təlimlər həyata keçirir. Digər tərəfdən də bu qurumdan tam şəkildə çıxmır. Bir tərəfdən Aİ-yə inteqrasiya planını irəli sürür, digər tərəfdən, Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyindən də çıxmır. Bütün bunlar iki tərəfi də sonda narazı salacaq məqamlardır. Paşinyanın gözlədiyi məqam yeni geosiyasi konfiqurasiyanın yaranmasıdır ki, əgər Rusiya-Ukrayns müharibəsi bitərsə, bu yarana bilər. Paşinyan Rusiyanın Ukraynadan zəifləyərək çıxmasını gözləyir ki, bundan sonra qərbyönümlü daha qəti addımlar ata bilsin".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
48
olaylar.az

10Mənbələr