Azərbaycan Kubokunun 1/8 finalında "Abşeron" "Quba" ilə qarşılaşıb. 

Offsideplus.az xəbər verir ki, dramatik matçda "Abşeron" 96:94 hesabla rəqibi məğlub edib. 

Qeyd edək ki, "Abşeron" növbəti raundda "Naxçıvan"a rəqib olub.

"Abşeron"un baş məşqçisi Erhan Toker qələbəni belə şərh edib: Mən bu oyunla bağlı çox söz deməyəcəm. Hər kəs olanları gördü. Biz qalib gəlsək də çox yaxşı oynamadıq. Amma bir daha bu fikri səsləndirmək istəyirəm. Bu komandaya hörmət etmək vaxtı gəlib çatıb. Artıq bunu anlamalıdırlar. Mövsüm öncəsi bəlkə bizə yuxarıdan aşağı baxa bilərdilər, amma indi heç kimin belə haqqı yoxdu. Çempionatda da 3-cü pillədəyik və mübərizəmizi davam etdiririk.  Təkrar edirəm, hörməti haqq edirik. Hakimlərdən,  komandalardan bir sözlə hər kəsdən bu diqqəti və hörməti gözləyirik.