Bu gün qadın voleybolçular arasında Yüksək Liqada VIII turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Gəncədə start götürən tur Bakıdakı iki matçla yekunlaşıb.
Eyni sayda qələbəsi olan “Murov Az Terminal” və “Gəncə” sonuncuların meydanında üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.
Çempionatın lideri “Abşeron” ən yaxın izləyicisi “Milli Aviasiya Akademiyası”nı sınağa çəkib və mövsümdə ilk dəfə uduzub. Tura “Azərreyl”in autsayder UNEC üəzrindəki qələbəsi ilə yekun vurulub.
Yüksək Liqa (qadınlar)
28 yanvar
VIII tur
15:00. “Gəncə” - “Murov Az Terminal” - 2:3 (18:25, 25:18, 20:25, 26:24, 10:15)
16:00. “Abşeron” - “Milli Aviasiya Akademiyası” - 1:3 (18:25, 28:26, 25:27, 22:25)
18:00. “Azərreyl” - UNEC - 3:0 (25:9, 25:11, 25:15)
Şəhriyar Əsgərov: "Rəqibin heyətində çox yaxşı əcnəbi oyunçular var"
“Gəncə”nin kapitanı: "Bu görüşə xüsusi motivasiya ilə çıxacağıq"
Nikola Yokiçin gecəsi: NBA-da günün nəticələri
Azərbaycan Kuboku: 1/8 final həyəcanı başlayır
NBA: "Tander"dən növbəti qələbə