“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Avropa Liqasındakı çıxışı ilə diqqət mərkəzindədir.
Sportinfo.az xəbər verir ki, polşalı qolkiper turnirdə ən çox qurtarış edən qapıçılar sırasındadır.
24 yaşlı futbolçu bu mövsüm çərçivədə durduğu 5 görüşdə ümumilikdə 22 “seyv”lə yadda qalıb ki, bu göstəriciyə görə 9-cu pillədədir.
Cədvələ 31 “seyv”lə Kiyev “Dinamo”sunun qapıçısı Georgi Buşan başçılıq edir.
Digər tərəfdən Koxalski ən çox qol buraxan qapıçıların sıralamasında 4-cü pillədədir. Polşalı 12 dəfə mərkəzə dəvət edilib.
Təl-Əviv “Makkabi”sinin qolkiperi Roi Mişpati 16 top buraxıb ki, bu baxımdan hamını qabaqlayır.